Rusiyalı müxalifət lideri Aleksey Navalnının cənazəsi Yamalo-Nenets Muxtar Dairəsinin Salekhard şəhərində yerləşir.
Bizim.Media xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış anasına verilən rəsmi bildirişə istinadən məlumat verib.
“Onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərildiyi kimi baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salekharda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri cəsədi aparıblar. Hazırda bununla bağlı araşdırmalar aparırlar”, - deyə Yarmış özünün “X” hesabında yazıb.
Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salekhard morquna getsələr də, morq bağlı olub:
“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona bildirilib ki, bu gün Navalnıya görə zəng edən yeddinci şəxsdir. Əminik ki, həmin morqda Alekseyin cəsədi yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:50 / 17.02.2024
Navalnının cəsədi morqdan yoxa çıxıb - İDDİA
Hazırda oxunan: Navalnının cəsədi morqdan yoxa çıxıb - İDDİA
Hazırda oxunan: Navalnının cəsədi morqdan yoxa çıxıb - İDDİA
178694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.