KİV: Avdeyevkanın ələ keçirilməsi Putinin mühüm qələbəsidir

KİV: Avdeyevkanın ələ keçirilməsi Putinin mühüm qələbəsidir

Hazırda oxunan: KİV: Avdeyevkanın ələ keçirilməsi Putinin mühüm qələbəsidir

178690

Strateji cəhətdən mühüm məntəqə hesab olunan Avdeyevkanın ələ keçirilməsi Rusiya Prezidenti Vladimir Putinin mühüm qələbəsi hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məqalə hazırlayıb.

Bildirilib ki, bu qələbə dünyanın müşahidə etdiyi Ukrayna-Rusiya münaqişəsində “dönüş nöqtəsi” deməkdir.

Qeyd edək ki, Ukrayna Ordusu Donbasdakı Avdeyevka şəhərini tərk etməyə məcbur olub. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinə Donetskdən (DXR) 25 kilometr aralıda yerləşən Avdeyevkadan çıxmağı əmr edib. 
Bu qərar Ukrayna Silahlı Qüvvələrinin bu nöqtədə yerləşən əsgərlərinin mühasirəyə alınması ilə əlaqədar qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO