İtaliyalı nazir: “Ukraynanın NATO-ya daxil olması hamı üçün təhlükəlidir, çünki…”

İtaliyalı nazir: “Ukraynanın NATO-ya daxil olması hamı üçün təhlükəlidir, çünki…”

Hazırda oxunan: İtaliyalı nazir: “Ukraynanın NATO-ya daxil olması hamı üçün təhlükəlidir, çünki…”

178680

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani hesab edir ki, Ukraynanın dərhal NATO-ya daxil olması “hamı üçün təhlükəlidir” və bu məsələ ehtiyatlı yanaşma tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə Tajani Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə keçirilən müzakirələrdən birində deyib.

İtaliyalı nazir Ukrayna nümayəndəsinin “münaqişə dövründə Ukraynanın NATO-ya qəbulunun qeyri-mümkün olması” ilə bağlı sualına cavabında bildirib ki, "hazırda Ukraynanın NATO-ya daxil olması hamı üçün təhlükəli olardı, çünki siz Rusiya ilə müharibə vəziyyətindəsiniz".
"Bu, NATO ölkələrinin işə qarışmasına gətirib çıxarır və buna görə də bu məsələdə diqqətli olmalıyıq", - deyə Tajani qeyd edib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO