Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini “X” sosial şəbəkəsində artıq 200 milyon istifadəçi izləyib.
Bizim.Media xəbər verir ki, müsahibə fevralın 9-na keçən gecə dərc olunub.
Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.
Söhbət zamanı Rusiya Prezidenti Ukraynadakı münaqişə, NATO-nun genişlənməsi, amerikalı jurnalist Evan Qerşkoviçin həbsi kimi mövzulara toxunub.
Bizim.Media