Putin seçkiqabağı debatlardan imtina etdi

Hazırda oxunan: Putin seçkiqabağı debatlardan imtina etdi

177935

Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri ilə bağlı debatlarda iştirakdan imtina edib.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Nataliya Budarina qurumun iclasında açıqlayıb. 

Məlumata görə, Rusiya MSK-ya Putinin debatlardan imtina etməsi ilə bağlı sənəd daxil olub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək. Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO