Peskov:

Peskov: "Putinin Ermənistana səfəri dialoq yolu ilə həll olunacaq"

Hazırda oxunan: Peskov: "Putinin Ermənistana səfəri dialoq yolu ilə həll olunacaq"

177784

Xəbər verdiyimiz kimi, Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Putinin həbsi ilə bağlı qərarlar qəbul etmədiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, TASS-ın müxbirinin "Putin Ermənistana səfər edə bilərmi və Kreml Paşinyanın bəyanatlarından sonra kiminlə danışıqlar aparmalıdır?" sualını cavablandırarkən qeyd edib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulması ilə bağlı Moskva İrəvandan zəmanət almalıdır:

"Bu məsələ ölkələr arasındakı dialoq zamanı həll olunacaq".

“Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərə bilməz. Ancaq erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həllini tapmalıdır", deyə Peskov əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO