Putin İrəvana gələrsə, həbs ediləcəkmi?

Putin İrəvana gələrsə, həbs ediləcəkmi?

Hazırda oxunan: Putin İrəvana gələrsə, həbs ediləcəkmi?

177711

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı mən qərar vermirəm”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində jurnalistin “Putin İrəvana gələcəyi təqdirdə həbs ediləcəkmi?” sualını cavablandırarkən  deyib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO