İsrail Qəzzanın Misirlə sərhəddəki Rəfah şəhərinə qoşun yeridəcəyi halda Qahirə Təl-Əvivlə münasibətlərə dair 1979-cu il razılaşmasının tətbiqini dayandıracağı ilə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" yazıb.
İsrail rəhbərliyi bir neçə dəfə Rəfaha girərək, orada cəmləşən HƏMAS dəstələrinə yekun zərbələr endirmək niyyəti barədə bildirib.
Xatırladaq ki, 1979-cu ildə Misir və İsrail ABŞ vasitəçiliyi ilə sülh müqaviləsi imzalayıblar. Bu proses Kemp-Devid razılaşmaları adı ilə tanınır. Onlara görə Misir İsraillə sərhəddə yalnız məhdud hərbi kontingent yerləşdirə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:45 / 12.02.2024
Misir Rəfah şəhəri ilə bağlı İsraili HƏDƏLƏDİ
Hazırda oxunan: Misir Rəfah şəhəri ilə bağlı İsraili HƏDƏLƏDİ
Hazırda oxunan: Misir Rəfah şəhəri ilə bağlı İsraili HƏDƏLƏDİ
177694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.