İsrail ordusu BMT-nin Qəzzadakı qərargahında HƏMAS-ın kəşfiyyat tunelini aşkarlayıb - VİDEO

İsrail ordusu BMT-nin Qəzzadakı qərargahında HƏMAS-ın kəşfiyyat tunelini aşkarlayıb - VİDEO

Hazırda oxunan: İsrail ordusu BMT-nin Qəzzadakı qərargahında HƏMAS-ın kəşfiyyat tunelini aşkarlayıb - VİDEO

177606

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki qərargahı altında radikal HƏMAS hərəkatının hərbi kəşfiyyat tuneli aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Son iki həftə ərzində İDF və Baş Təhlükəsizlik qüvvələri Qəzza zolağının şimal və mərkəzi hissələrində terrorçuların hədəflərinə hədəfli reydlər keçirib. Hərbçilər Qəzza zolağının şimalındakı Şati və Tel əl-Hava ərazilərində əməliyyat keçirib və əməliyyat zamanı 120-yə yaxın HƏMAS terrorçusu və 20 terror obyekti məhv edilib. 
Kəşfiyyat məlumatları əsasında hərəkət edən təhlükəsizlik qüvvələri HƏMAS hərbi kəşfiyyatı tərəfindən istifadə edilən və Qəzza zolağında UNRWA-nın qərargahı olan binanın altından keçən yeraltı terror tunelini aşkar ediblər”, - deyə məlumatda qeyd edilib.

Məlumata görə, tunel 700 metr uzunluğunda, 18 metr dərinlikdən keçib və bir neçə partlayışa davamlı qapılarla təchiz edilib.

Təhlükəsizlik qüvvələri UNRWA-nın qərargahına qoşulmuş tunelin içərisində elektrik infrastrukturu aşkar edib.

Tuneldə tüfəng, sursat, qumbara və partlayıcı maddələr də daxil olmaqla çoxlu sayda silah tapılıb. UNRWA rəsmilərinin ofislərində tapılan sənədlər bu binaların HƏMAS terrorçuları tərəfindən istifadə edildiyini təsdiqləyib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO