Moldovada fermerlər Rumıniya ilə sərhəd yaxınlığında yolu bağlayıblar.
Bizim.Media xəbər verir ki, onlar yanvar ayından etibarən Moldova-Rumıniya sərhədindəki keçid məntəqəsində Ukraynadan gələn yük maşınlarının böyük növbələrinin yaranmasından şikayətlənirlər.
Belə ki, gecikmə fermerlərə xeyli miqdarda maddi itkiyə səbəb olub.
Fermerlər Ukraynadan gələn taxılın və yağların avtomobil tranzitinə qadağa qoyulmasını və buna yalnız dəmir yolu ilə icazə verilməsini tələb edirlər.
Bizim.Media