ÜST rəhbəri koronavirusa görə özünü təcrid etdi

ÜST rəhbəri koronavirusa görə özünü təcrid etdi

Hazırda oxunan: ÜST rəhbəri koronavirusa görə özünü təcrid etdi

1775

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə ünsiyyətdən sonra özünü təcrid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində bildirib.

Baş direktorun sözlərinə görə, onun ünsiyyətdə olduğu şəxsin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

“Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcrid edəcəyəm və evdən işləmək niyyətindəyəm”, - deyə ÜST-ün rəhbəri qeyd edib.

Qurumun rəhbəri koronavirusla  mübarizədə bütün tələbləri dəqiq şəkildə yerinə yetirməyin zəruriliyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO