“Pandemiya kritik nöqtəyə çatıb”.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, bunu COVİD-19 ilə bağlı ÜST-ün texniki direktoru Mariya van Kerxove özünün “Twitter” səhifəsində bölüşdüyü videoda açıqlayıb.
“Ötən həftə yoluxmaların səviyyəsi 9 faiz artıb. Artıq ardıcıl 7-ci həftədir ki, ölümlərin sayında da 5 faiz artım var. Bu, bizim əldə etmək istədiyimiz nəticələr deyil. Bütün bu statistikaya ciddi yanaşmalıyıq”,- deyə o bildirib.
Britaniyadakı yumşalmalara da münasibət bildirən ÜST-ün texniki direktoru Niderlanddan Yunanıstanın Rodos adasında istirahət üçün 200 turistə icazə verilməsinə də toxunub.
O, bildirib ki, belə səyahətlər iki halda mümkündür:
“Koronavirus testi edilməli, həm də turistlər istirahət etdikləri düşərgəni tərk etməli deyillər. Amma elə dövlətlər var ki, orada karantin yumşalmalarından danışmaq hələ tezdir.
Bizim.Media
"We are in a CRITICAL POINT of the #COVID19 pandemic now.... A year ago we had abt 500K cases reported per week, last week we had 4.4 million cases... This is NOT the situation we wanna be in 16 months into the pandemic where we have proven control measures."-@mvankerkhove pic.twitter.com/7bN7TQhs6A
— Sari Setiogi Griberg (@setiogi) April 12, 2021