Timoşenkodan qızına 112 milyonluq HƏDİYYƏ

Timoşenkodan qızına 112 milyonluq HƏDİYYƏ

Hazırda oxunan: Timoşenkodan qızına 112 milyonluq HƏDİYYƏ

17716

Ukraynanın “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko qızı Yevgeniyaya martın 29-da 111,87 milyon qriven pul verib.

Bizim.Media xəbər verir ki, informasiyanı “biz.censor.net” saytı yayıb.

Mənbə yazır ki, bu, deputatın əmlakı ilə bağlı verdiyi deklarasiyada öz əksini tapıb. Vəsaitin alınma səbəbi "daşınar əmlakın əldə edilməsi" göstərilir.

Xəbər verdiyimiz kimi, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 2020-ci il deklarasiyasında 5.49 milyon dollar və 290.000 qriven nağd pulla yanaşı bir çox zərgərlik əşyası göstərib.

Keçən il Timoşenkonun gəlirləri arasında 2011-2014-cü illərdəki siyasi repressiyaların vurduğu ziyana gğrə Amerikanın Reid, Collins, Tsai LLP şirkətlərindən aldığı 148.35 milyon qriven də var.

Bundan əlavə 2020-ci ildə “Batkivşina”nın lideri deputat kimi 462.54 min qriven maaş, habelə deputat səlahiyyətlərini yerinə yetirdiyinə görə 255.86 min qriven alıb. 

Timoşenko, həmçinin deklarasiyada “Oshadbank”dan aldığı 60,41 min qriveni də göstərib.

Siyasətçinin verdiyi bəyannamədə Kiyev vilayətinin Obuxovsk rayonunun Kozin qəsəbəsində sahəsi 588 kv.m olan yaşayış evi, o cümlədən icarəyə götürdüyü dörd torpaq sahəsi də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO