Famil Babayev Rusiyada vəfat etdi

Famil Babayev Rusiyada vəfat etdi

Hazırda oxunan: Famil Babayev Rusiyada vəfat etdi

177038
Azərbaycan Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev vəfat edib.

Sfera.az-ın məlumatına görə, o, 56 yaşında Rusiyanın Tver şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, AR Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev on ilə yaxın bu vəzifədə çalışıb. Famil Babayev 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra, Tver Tibb Universitetinin fakültə cərrahiyyə kafedrasının professoru, 2018-ci ildə isə bu kafedranın müdiri vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrdan isə  Universitet Klinikasının fəaliyyətinə nəzarət edən tibb işləri üzrə prorektorun köməkçisi vəzifəsinə təyin edilib. 2019-cu ilin iyun ayından o,  həm də 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib.
 
(Qafqazinfo)
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO