Türkiyə kəşfiyyat orqanları ordunun PKK-çılara qarşı keçirdiyi əməliyyatların nəticələri ilə bağlı məlumat yayıb.
Axar.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, kəşfiyyat hesabatında son 21 ayda 13 minə yaxın PKK-çının məhv edildiyi yazılıb.
Ordu Kandildəki terrorçu düşərgələrinin şəhərlə əlaqəsini kəsməklə buraya terrorçu axınının qarşısını alıb.
Türk əsgəri həmçinin PKK-nın “Şəhər döyüşləri”x9d planını da fiyaskoya uğradıb. Sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilən PKK getdikcə süqut mərhələsinə yaxınlaşır.
































































































