Çində Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başladı - FOTO

Çində Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başladı - FOTO

Hazırda oxunan: Çində Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başladı - FOTO

176901

Çin Xalq Respublikasındakı səfirliyimizdə Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

Bizim.Media xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 04: 00) səsvermə başlayıb.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO