Rusiya Müdafiə Nazirliyi İrandan Şahed-136 pilotsuz uçuş aparatlarının (PUA) bir ədədini 193 min dollara alır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasına silah satışı ilə məşğul olan İranın IRGC Sahara Thunder şirkətinin dosyelərində qeyd edilib.
Sənədlərə əsasən PUA-ların qiyməti sifarişin həcmindən asılıdır.
Belə ki, əvvəl Rusiya üçün bir pilotsuz təyyarənin qiyməti təxminən 375 min dollar olub. Daha sonra Rusiya Federasiyası endirim əldə edib və 6 min ədəd PUA sifariş edərkən bir Şahed-136-nı 193 min dollardan alıb.
Həmçinin bildirilir ki, Rusiya İran lisenziyası ilə 2,5 il ərzində 6 min pilotsuz təyyarə istehsal etmək niyyətində olub.
Ölkələr arasında müqavilənin ümumi məbləği təqribən 1,75 milyard dollar təşkil edib. Rusiya tərəfi alınan PUA-ların ödənişini çox vaxt qızılla edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:00 / 06.02.2024
Rusiya İrandan aldığı Şahed-136 PUA-larına nə qədər ÖDƏNİŞ EDİR?
Hazırda oxunan: Rusiya İrandan aldığı Şahed-136 PUA-larına nə qədər ÖDƏNİŞ EDİR?
Hazırda oxunan: Rusiya İrandan aldığı Şahed-136 PUA-larına nə qədər ÖDƏNİŞ EDİR?
176864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.