Livan Britaniyaya ETİRAZ NOTASI göndərdi

Livan Britaniyaya ETİRAZ NOTASI göndərdi

Hazırda oxunan: Livan Britaniyaya ETİRAZ NOTASI göndərdi

176843

Livanın xarici işlər və miqrasiya naziri səlahiyyətlərini icra edən Abdalla Habib Böyük Britaniyanın Beyrutdakı səfiri Xemiş Kouellə etiraz notası təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, buna səbəb Beyruta səfər edən Britaniya XİN başçısı Devid Kameronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi olub.

Belə ki, Kameron fevralın 1-də Beyruta səfər edib və səfər çərçivəsində Livanın Prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Nəcib Mikati və parlamentin sədri Nabih Berri ilə görüşüb. Lakin ölkə XİN-ə baş çəkməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO