Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasına silahlı hücum olub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Türkiyə mətbuatında yer alıb.
Alınan son xəbərə görə, məhkəmənin qarşısında polisə bıçaqla hücum edən şəxs ayağından güllə yarası alıb.
Hadisə yerli vaxtla saat 10.45 radələrində baş verib. Polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb.
Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb. Ölənlər hücüm edən şəxslərdir.
Bizim.Media