40 ildir Rusiyada yaşayan iş adamı və ictimai xadim Ruben Grigoryan Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, iş adamı məktubunda Paşinyan siyasətinin uğursuzluğunu çox incə bir şəkildə qeyd edib.
“Sizin hakimiyyətdə olduğunuz iki il yarım müddəti inzibati çöküşü açıq şəkildə göstərdi - hökumətin idarəetmə strukturunun səhv seçilməsi, səhv kadr siyasəti ... Bunu etiraf etmək asan deyil, ancaq sizdə idarəetməçilik alınmır”.
Baş nazir Paşinyanı ölkənin idarəçiliyini orduya təhvil verməyə çağıran R.Qriqoryan bundan başqa çıxış yolunun olmadığını da qeyd edib.
“Müharibə dövrü güclü idarəçilik tələb edir. Dərhal hərəkətə keçmək lazımdır. İqtisadiyyatın bir hissəsi hərbi istiqamətə köçürülməlidir. Vaxt dayanmır və hökuməti təcili orduya təslim etmək daha doğrudur. Qonşularımızın və xüsusilə Rusiyanın da hörmət və etibar edəcəkləri hərbçilərdən rəhbərlik formalaşdırın. Bu sistem qurulmasa bizim üçün çox çətin olacaq”,- deyə, iş adamı yazıb.
Daha sonra R. Qriqoryan məktubunda Paşinyanı ən yaxşı bacardığı işi - deputatlıqla yenidən məşğul olmağa çağırıb:
“Hərbi hakimiyyət dövründə siz parlamentə rəhbərlik edə bilərsiniz. Unutmayın, uzun müddət deputat olmusuz və bu işi çox yaxşı bacarırsınız. Zaman gözləmir, tərəddüd etmək olmaz!”
Açıq məktub Qriqoryanın özü tərəfindən qurulan Moskvanın Erməni Muzeyinin saytında dərc edilib.
Bizim.Media, Vüsalə Balayeva