Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə KEÇİRİLMƏDİ - SƏBƏB

Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə KEÇİRİLMƏDİ - SƏBƏB

Hazırda oxunan: Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə KEÇİRİLMƏDİ - SƏBƏB

176699

Bu gün Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı iclas keçirilib.

Bizim.Media xəbər verir ki, parlamentin vitse-spikeri Şandor Lejak iclasın yekunlarına dair açıqlama verib.

Məlumata görə, parlamentin növbədənkənar iclasında İsveçin NATO-ya qəbul olunması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə say azlığı səbəbindən baş tutmayıb.
Belə ki, iclasda 199 deputatdan yalnız 51-i iştirak edib. Hakim partiyanın “Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin toplaşdığı iclasda iştirakdan imtina edib.

Buna səbəb isə “Macarıstan Vətəndaş Birliyi” fraksiyasının lideri Mate Koçişin tələblərinin yerinə yetirilməməsi olub. O, daha əvvəl bildirmişdi ki, “əgər isveçlilərin alyansa qoşulması vacibdirsə, o zaman “Türkiyəyə getdikləri kimi” Budapeştə də gəlməlidirlər”.

Qeyd edək ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzlüyünə qəbul olunmasına razılıq verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO