Fevralın 4-də prezident Vladimir Zelenski Zaporojye vilayətinin Rabotino kəndində Ukrayna müdafiə qüvvələrinin mövqelərində olarkən rus ordusu həmin ərazini atəşə tutub.
Bizim.Media "RBC-Ukrayna" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı dövlət başçısının mətbuat katibi Sergey Nikiforov yayıb.
"Rabotinoda aktiv döyüşlər gedir. Ona görə də vəziyyəti dramatikləşdirməzdim", - deyə o, qeyd edib.
Xatırladaq ki, fevralın 4-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin 65-ci xüsusi mexanikləşdirilmiş briqadasının Rabotino bölgəsindəki mövqelərinə baş çəkib.
Bu barədə prezident sosial şəbəkədə yazıb:
"Mən müdafiəçilər ilə söhbət etdim, onlara təşəkkür etdim və dövlət mükafatlarını təqdim etdim. Bu gün burada olmaq şərəfdir. Əsgərlərə dəstək olmaq və onları mükafatlandırmaq lazımdır".
Bizim.Media