Namibiyanın yeni prezidenti and içdi

Namibiyanın yeni prezidenti and içdi

Hazırda oxunan: Namibiyanın yeni prezidenti and içdi

176576

Namibiya rəhbərinin səlahiyyətlərini icra edən, əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba Prezident andı içib.

Bizim.Media xəbər verir ki, bu barədə “Namibian Sun” qəzeti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Vitse-prezident Nanqolo Mbumba respublikanın Prezidenti kimi and içib”, - nəşr yazıb.

Bundan əlavə, Namibiyanın yeni rəhbəri beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Netumbo Nandi-Ndaytvanı vitse-prezident təyin edib.

Qeyd edək ki, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqob bu gün 82 yaşında vəfat edib. Yanvarda Prezident ofisi Qeynqoba xərçəng xəstəliyi diaqnozu qoyulduğunu açıqlamışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO