Bu ölkədə qaçırılan məktəblilər sərbəst buraxıldı

Bu ölkədə qaçırılan məktəblilər sərbəst buraxıldı

Hazırda oxunan: Bu ölkədə qaçırılan məktəblilər sərbəst buraxıldı

176531

Nigeriyanın cənub-qərbində naməlum silahlı qrup tərəfindən qaçırılan 6 nigeriyalı məktəbli və 3 müəllim sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” Ekiti əyalətinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Verilən məlumata görə, qaçırılan zaman uşaqların və müəllimlərin olduğu avtobusun sürücüsü hücumçular tərəfindən öldürülüb. “Sərbəst buraxılanlar lazımi tibbi və psixoloji yardım almaq üçün xəstəxanaya aparılacaq”, - deyə “Reuters” bildirib.
Oğurluq hadisəsi yanvarın 30-da baş verib. Daha sonra təhlükəsizlik xidmətləri cinayətkarların izinə düşüb.

Bundan əvvəl Nigeriyada 48 təşkilat və hərəkat mövcud təhlükəsizlik vəziyyəti və çoxlu sayda mülki şəxsin qaçırılması və öldürülməsi ilə əlaqədar hakimiyyət orqanlarını ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO