Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi

Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi

Hazırda oxunan: Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi

176447

“Ötən il baş verən zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib. 11 min 500 əcnəbi komanda üzvü olmaqla, axtarış-xilasetmə işlərində iştirak edən 35 min 250 nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən zərər görən şəxslərə yeni mənzillərinin təhvil verilməsi mərasimində deyib.

Türkiyə lideri həmçinin zəlzələ bölgəsində xidmət göstərən 142 min mühafizəçi, səhiyyə işçisi, mədənçilər, meşə işçiləri, könüllülərə də həm öz, həm də türk milləti adından təşəkkür edib.

Qeyd edək ki, ötən il  fevralın 6-da zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər Türkiyəyə yola salınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO