Alper Gezeravcı kosmosdan ayrılır

Alper Gezeravcı kosmosdan ayrılır

Hazırda oxunan: Alper Gezeravcı kosmosdan ayrılır

176334

Beynəlxalq Kosmik Stansiyaya göndərilən ilk türk astronavt Alper Gezeravcının olduğu komanda kosmosdan ayrılır.

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Kosmik Stansiyada Ax-3 ekipajı ilə vida mərasimi keçirilib.

Komanda sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk edəcək və 12 saat ərzində yerə dönəcəklər.

Kosmosda olmaqdan böyük şərəf duyduğunu bildirən Gezeravcı qonaqpərvərliyə və mehribanlığa görə bütün heyətə təşəkkür edib:

“Cümhuriyyətimizin 100-cü ildönümündə Türkiyənin atdığı bu cəsur və qətiyyətli addıma görə ölkəmə çox minnətdaram. Qürurlu tariximizin davamı olaraq addım atdığımız yeni türk əsrində həyata keçirdiyimiz Türkiyənin ilk insanlı kosmos missiyasını yerinə yetirdiyim üçün çox xoşbəxtəm. 

Ümid edirəm ki, üzərimizə götürdüyümüz bu vəzifə əziz gənclərimiz üçün ruhlandırıcı bir başlanğıc, gələcəyimizin təminatı olacaq. 

Bu, son deyil, bir hekayənin başlanğıcıdır. Bundan sonrakı yolumuz bütün xalqımıza xeyirli olsun”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO