Gürcüstan Hökumətinin yeni tərkibi parlamentə TƏQDİM EDİLDİ

Gürcüstan Hökumətinin yeni tərkibi parlamentə TƏQDİM EDİLDİ

Hazırda oxunan: Gürcüstan Hökumətinin yeni tərkibi parlamentə TƏQDİM EDİLDİ

176322

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasından Baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin tərkibi ilə bağlı sənədi parlamentə təqdim edib.

Bizim.Media xəbər verir ki, ölkə parlamenti Kobaxidzeyə və onun təmsil etdiyi hökumətin tərkibinə etimad göstərilməsi məsələsini, habelə “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını rəsmi olaraq qeydə alıb.

Gürcüstan parlamenti bu məsələ ilə bağlı fevralın 8-də keçiriləcək plenar iclasda müzakirələr aparacaq və ölkənin Baş naziri və hökumətin tərkibini təsdiqləyəcək.
Siyahıya əsasən, müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Cuanşer Burçuladzeni Gürcüstan parlamentinin sədr müavini İrakli Çikovani əvəz edəcək.

İlya Darçiaşvli xarici işlər naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Levan Davitaşvili iqtisadiyyat və davamlı inkişaf naziri, Laşa Xutsişvili isə maliyyə naziri kimi qalacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO