Belçika və İtaliya başda olmaqla müxtəlif Avropa ölkələrindən olan minlərlə fermer Brüsseldə Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirir.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları Aİ-nin Liderlər Sammitinin keçirildiyi binanı mühasirəyə alaraq, traktorları ilə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Fermerlərin qarşısını almaq üçün Belçika polisi parlament binasının yerləşdiyi ərazinin ictimaiyyətə açıq olan girişlərini tikanlı məftillərlə bağlayıb.
Bizim.Media