Türkiyənin tanınmış yazıçısı vəfat etdi - FOTO

Türkiyənin tanınmış yazıçısı vəfat etdi - FOTO

Hazırda oxunan: Türkiyənin tanınmış yazıçısı vəfat etdi - FOTO

175915

Türkiyənin yəhudiəsilli tanınmış yazıçı Mario Levi 66 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Buart Sənət Mərkəzi” yayıb.

PEN Yazıçılar Birliyi də onun ölümü ilə bağlı açıqlama verib: 

"Ədəbiyyat dünyası daha bir simasını itirdi. Ədəbiyyat aləmində "İstanbul aşığı" kimi tanınan, incəliklərlə dolu, ədəbiyyatımızın qüdrətli yazıçısı Mario Levinin itkisi bizi kədərləndirdi.

İstanbul küçələrində hər səki daşının altından onun bir hekayəsi çıxıb.

O, bir neçə müddət PEN Yazıçılar Birliyinin İdarə Heyətində çalışıb və üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Bizimlə birlikdə yazıçılara, jurnalistlərə, sənət adamlarına qarşı edilən haqsızlıqlara məhkəmə qapılarında müqavimət göstərib.
Mario Levi əsərləri ilə əbədiyyətə qovuşdu. Ailəsinə, sevənlərinə və oxucularına başsağlığı verir, bu nağılın heç vaxt bitməyəcəyini bildiririk. Ədəbiyyatımıza verdiyi töhfələrə görə minnətdarıq".

​Xatırladaq ki, M.Levi 1957-ci ildə İstanbulda anadan olub. 1980-ci ildə filologiya fakültəsini bitirəndən sonra yazıları qəzet və jurnallarda dərc olunmağa başlayıb. 

O, “İstanbul bir nağıldı”, “Ən gözəl eşq hekayəmiz”, “Lunapark bağlandı” kimi əsərlərlə məşhur olub.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO