Pakistanın keçmiş baş naziri İmran Xan və sabiq XİN rəhbəri Şah Mahmud Qureşi barədə dövlət sirrini yaydıqlarına görə 10 il həbs qərarı çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Daha öncə İmran Xan dövlət hədiyyələrini satdığına və var-dövlətini gizlətdiyinə görə 3 illik azadlıqdan məhrum edilsə də, sonradan bu qərar ləğv edilmişdi.
Dövlət sirrini yaymaq ittihamı Xana qarşı daha sonra irəli sürülüb.
Bizim.Media