Putin:

Putin: "Belarus nüvə dövlətinə çevrilib"

Hazırda oxunan: Putin: "Belarus nüvə dövlətinə çevrilib"

175641

"Rusiyanın iştirakı ilə Belarus Atom Elektrik Stansiyası (BelAES) tikildikdən sonra Belarus nüvə dövlətinə çevrilib. Bu, iqtisadi və texnoloji inkişafda irəliyə doğru ciddi addımdır".

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında çıxışı zamanı deyib. 

Kremlin sahibi xatırladıb ki, BelAES-in ikinci blokunun tikintisi 2023-cü ildə başa çatıb.

“Bu, əlbəttə ki, çox ciddi irəliləyişdir. Nəzərə alsaq ki, təkcə stansiya tikilməyib, sənaye yaradılıb. Və bu mənada Belarus nüvə dövləti hesab edilir”, - deyə Putin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO