Parisdə yerli sakinlər böyük iğtişaşlara hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Xatırladaq ki, Fransada sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqları fonunda kütləvi fermer nümayişləri keçirilir.
Fermerlər həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər. Etiraz əlaməti olaraq fermerlər traktorlarla yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.
Bizim.Media