Luvrda “Mona Liza” tablosunun üzərinə şorba tökdülər - VİDEO

Luvrda “Mona Liza” tablosunun üzərinə şorba tökdülər - VİDEO

Hazırda oxunan: Luvrda “Mona Liza” tablosunun üzərinə şorba tökdülər - VİDEO

175494

Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etməyə cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş, daha sonra isə ona tortla bulamışdı.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO