Fransada fermerlərin etirazları: Əsas magistral yollar bağlandı

Fransada fermerlərin etirazları: Əsas magistral yollar bağlandı

Hazırda oxunan: Fransada fermerlərin etirazları: Əsas magistral yollar bağlandı

175476

Fransanın Baş naziri Qabriel Attalın hökumətin güzəştləri ilə bağlı çıxışı ölkədə etiraz edən fermerlərin qəzəbini soyutmayıb.

Bizim.Media xəbər verir ki, Fransa hökumətinin vəziyyəti sakitləşdirmək cəhdləri nəticə verməyib və fermerlər etiraz nümayişlərini davam edərək, ölkənin əsas aparıcı yollarını blokadaya alıblar. Ölkədə vəziyyət son dərəcə gərginləşib.

Fransanın əsas fermerlər birliyi olan Fermer Həmkarlar İttifaqlarının Milli Federasiyası (FNSEA) hökumətin reaksiyasından məyus olduqlarını açıq şəkildə ifadə edib.
Federasiyanın prezidenti Arno Russo isə TF1 telekanalında çıxışı zamanı hökumətin elan etdiyi tədbirlərin qeyri-kafi olduğunu bildirərək, fermerləri etirazları davam etdirməyə çağırıb.

Nümayişlərin nəticəsində əsas magistral yollar bloklanıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.

Fermerlər bu gün gecə paytaxt Parisi blokadaya alacaqları ilə təhdid edirlər. Fermerlər Parisə daxil olan bütün ərzaq avtomobillərinin qarşısını kəsəcəklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO