Rusiyanın Rostov-na-Donu şəhərində qəzalı vəziyyətdə olan binanın girişi uçub.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Hadisəyə bölgənin qubernatoru Vasili Qolubev münasibət bildirib.
Onun sözlərinə görə, xəsarət alan olmayıb, sakinlər əvvəlcədən təxliyə edilib, bina mühasirəyə alınıb:
“Nərimanov küçəsindəki ev hələ 2020-ci ildə təhlükəli elan edilib. Bina sökülməli idi. Ötən gecə binada divar qismən uçub”.
Bizim.Media