Yuri Qaqarinin qızı atasının inqilabçı dostu Fidel Kastrodan danışdı

Yuri Qaqarinin qızı atasının inqilabçı dostu Fidel Kastrodan danışdı

Hazırda oxunan: Yuri Qaqarinin qızı atasının inqilabçı dostu Fidel Kastrodan danışdı

17541

Sovet pilot-kosmonavtı Yuri Qaqarinin Kuba lideri Fidel Castro ilə çox yaxşı münasibəti var idi. 

Bizim.Media xəbər verir ki, bu barədə kosmonavtın böyük qızı Yelena Qagarina, Rusiya-1 kanalına verdiyi müsahibəsində danışıb.

“Atam Kastro ilə çox yaxın idi. Onlar çox oxşar idilər",- deyə kosmanavtın qızı bildirib..

Yelena Yuryevnaya görə, atası və məşhur inqilabçı qısa müddətdə ortaq dil tapıblar. 

Yuri Qaqarinin evində Kuba liderinin hər gəlişi üçün masaya bir qab çiyələk mürəbbəsi qoyulurdu.

İnqilabçı bu giləmeyvəni çox sevirdi, lakin Kubadakı isti iqlim səbəbindən onun ölkəsində çiyələk yetişmirdi.

Xatırladaq ki, 12 aprel Kosmonavt Günü kimi qeyd olunur. Yuri Qaqarin 1961-ci il 12 apreldə ilk dəfə kosmosa uçub. O, Dünya ətrafında bir dəfə fırlanaraq, Saratov bölgəsinə enib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO