İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfər edib.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Məlumata görə, Rəisi səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq, eləcə də Türkiyə-İran Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.
İki ölkə liderinin görüşü zamanı Qəzzadakı son vəziyyətlə yanaşı, İraq, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
Bizim.Media