Putinin bu ölkəyə girişi qadağan edildi

Putinin bu ölkəyə girişi qadağan edildi

Hazırda oxunan: Putinin bu ölkəyə girişi qadağan edildi

174921
Yeni Zelandiya Ukraynaya hücumda məsul olan 102 Rusiya və Belarus vətəndaşına qadağa qoyub.
 
Sfera.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyi "Twitter” səhifəsində məlumat yayıb.

Sanksiya siyahısına Rusiya Prezidenti Vladimir Putin, Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə birlikdə 102 nəfər daxildir.

Yeni Zelandiyanın baş naziri Casinda Ardernin sözlərinə görə, sanksiyalar nəticəsində Rusiyanın bu ölkədəki aktivləri dondurulacaq. Bundan əlavə, digər ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdən qaçmaq üçün Rusiyadan gələn vətəndaşların və şirkətlərin ölkəyə pul gətirməsinə mane olacaqlar.

Həmçinin Rusiya yaxtalarının, gəmilərinin onun ərazi sularına daxil olması və təyyarələrin Yeni Zelandiya hava məkanında uçuşu qadağan ediləcək.
Yeni Zelandiya eyni zamanda Ukraynaya tibbi infrastrukturu dəstəkləmək, əhali üçün ərzaq və gigiyena vasitələri alınması məqsədilə 2 milyon dollar humanitar yardım edəcək.

Qeyd edək ki, bundan əvvəl Avstraliya da Ukraynaya qarşı müharibədə məsuliyyət daşıyan Rusiya Prezidenti Vladimir Putin və digər rusiyalı rəsmilərin bu ölkəyə girişini qadağan etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO