Rus təyyarəsinin qəzaya uğradığı yerdə heç bir cəsəd yoxdur - Ukraynalı ekspert

Rus təyyarəsinin qəzaya uğradığı yerdə heç bir cəsəd yoxdur - Ukraynalı ekspert

Hazırda oxunan: Rus təyyarəsinin qəzaya uğradığı yerdə heç bir cəsəd yoxdur - Ukraynalı ekspert

174918

Rusiya hakimiyyətinin İl-76-nın göyərtəsində olan 65 ukraynalı əsirlə bağlı açıqlaması saxtadır, qəza yerindən çəkilmiş fotoşəkillər bunu təsdiqləyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Əsirlər təyyarə ilə daşınmır! Üstəlik, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 65 əsir üçün cəmi 3 (!!!) müşayiətçi olub!”, – ekspert yazıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, göyərtədə 74 nəfər olub, lakin ərazidə heç bir cəsəd tapılmayıb. Yəni göyərtədə yalnız 6 ekipaj üzvü olub.

Ukrayna mətbuatı isə qeyd edir ki, təyyarə göyərtəsində S-300 hava hücumundan müdafiə sistemi üçün raket daşıyıb.

Bu versiya bir daha sübut edir ki, təyyarənin gövdəsindən bütöv şəkildə heç nə qalmayıb, hissələri ətrafa səpələnib.  Təyyarə yerə dəydikdən sonra isə sursat partlayıb.

Son anda rus mətbuatı etiraf edib ki, Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində həlak olanların ilk cəsədləri qəza yerindən 1,5-2 kilometr radiusda tapılıb.

Belqorod vilayətinin rəhbəri, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, İl-76 təyyarəsi üç Patriot və ya İris-T raketləri ilə vurulub.

Qeyd edək ki, göyərtədə 65 ukraynalı əsirin olması xəbəri yalnız Rusiya Müdafiə Nazirliyi tərəfindən tirajlanıb. Rəsmi Kiyev bununla bağlı hələlik rəsmi açıqlama verməyib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO