Rusiyanın paytaxtı Moskvada təqaüdçü qadın 1 milyon rubl müqabilində oğlunun qətlini sifariş edib.
Bizim.Media “Shot” teleqram kanalına istinadən xəbər verir ki, 68 yaşlı qadının 42 yaşlı avtomexanik köməkçisi olan oğlu ilə əmlak mübahisələri olub.
Belə ki, ana ilə oğul yığılmış pul və qadının yaşadığı mənzili bölə bilməyiblər və buna görə dava ediblər.
Bu zaman ana məsələni həll etmək üçün 52 yaşlı rəfiqəsi ilə birlikdə tanışından oğlunu öldürmək üçün “muzdlu qatil” tapmağı xahiş edib. Həmin şəxs şərtlərlə razılaşıb, lakin polisə müraciət edib.
Daha sonra polis əməkdaşları qətli səhnələşdirib, “cəsədin” makiyajla düzəldilən yaralanmış fotolarını çəkib 68 yaşlı qadına göndəriblər.
Təqaüdçü və rəfiqəsi pulu şərik olduqları şəxsə təhvil verərkən saxlanılıblar. Məlumata görə, faktla bağlı cinayət işi başlanıb. Qadınları on il həbs gözləyir.
Bizim.Media
![Moskvada DƏHŞƏT: 68 yaşlı qadın 1 milyon verib oğlunun qətlini sifariş ETDİ Moskvada DƏHŞƏT: 68 yaşlı qadın 1 milyon verib oğlunun qətlini sifariş ETDİ](https://bizim.media/file/articles/2024/01/24/1706088869_photo_5298644670416540857_y.jpg)
- A-
- A
- A+
Dünya
13:32 / 24.01.2024
Moskvada DƏHŞƏT: 68 yaşlı qadın 1 milyon verib oğlunun qətlini sifariş ETDİ
Hazırda oxunan: Moskvada DƏHŞƏT: 68 yaşlı qadın 1 milyon verib oğlunun qətlini sifariş ETDİ
Hazırda oxunan: Moskvada DƏHŞƏT: 68 yaşlı qadın 1 milyon verib oğlunun qətlini sifariş ETDİ
174894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.