Donald Tramp Nyu-Hempşir ştatında Respublikaçıların ilkin seçkilərində (praymeriz) qalib gəldiyini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ntv.ru saytında yerləşdirilib.
"Biz Nyu-Hempşirdə indi üç dəfə qalib gəldik", deyə o, qeyd edib.
Xatırladaq ki, Tramp 2016-cı ildə, eləcə də 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən bu ştatda da praymerizdə qalib gəlmişdi.
O, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli ilə rəqabət aparıb.
“Mən Donald Trampı bu qələbə münasibətilə təbrik etmək istəyirəm. O, buna layiq idi. Mən bunu etiraf etmək istəyirəm”, deyə Neyli "Fox News"da vurğulayıb.
Tramp bundan əvvəl Ayova ştatında Respublikaçılar Partiyasının praymerizində səslərin 51%-ni qazanmışdı.
Bizim.Media