Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram.
Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram. İnanıram ki, Macarıstan da milli təsdiq prosesini ən qısa zamanda başa çatdıracaq”, - deyə baş katib bildirib.
Xatırladaq ki, dünən İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.
Bizim.Media