Ərdoğan və Zelenski görüşü başa çatdı - Vacib məqamlar

Ərdoğan və Zelenski görüşü başa çatdı - Vacib məqamlar

Hazırda oxunan: Ərdoğan və Zelenski görüşü başa çatdı - Vacib məqamlar

17472

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüş baş tutub. Üç saat davam edən kritik görüşdən sonra liderlər ortaq bir mətbuat konfransı təşkil ediblər.

Bizim.Media  xəbər verir ki, Ərdoğan “Krım Platforması”na dəstək olduqlarını bildirib:

''Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini güclü bir şəkildə müdafiə edirik.

Ukraynanın beynəlxalq ictimaiyyəti Krım mövzusunda bir araya gətirməyi təşəbbüs etdiyi ''Krım Platforması''nı dəstəklədiyimizi bildiririk.

Bu təşəbbüsün Krım  xalqları və bütün Ukrayna üçün müsbət nəticələr verəcəyinə ümid edirik.

Vətənlərini tərk etmək məcburiyyətində qalan Krım tatar qardaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması bizim üçün tarixi və insani bir məsuliyyətdir''.

Türkiyə Prezidenti həmçinin, Türkiyə ilə Ukrayna arasındakı müdafiə sənayesindəki əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO