Xəbər verdiyimiz kimi Çin-Qırğızıstan sərhədində baş verən zəlzələ Qazaxıstanda da 6.,7 bal gücündə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, yeraltı təkanlar əsasən paytaxt Almatıda eləcə də Bişkek və Daşkənddə də hiss olunub.
Almatı sakinləri yenidən zəlzələ olacağından ehtiyat edərək artıq şəhəri tərk edirlər.
Şəhər fövqəladə hallar idarəsinin rəisi Nurlan Atıqayev gözlənilən afterşoklarla bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib etsə də əhaliyə növbəti xəbərdarlığa qədər küçələrdə qalmağı tövsiyə edir.
Bizim.Media