Putin yaxın vaxtlarda Şimali Koreyaya gedəcək?

Putin yaxın vaxtlarda Şimali Koreyaya gedəcək?

Hazırda oxunan: Putin yaxın vaxtlarda Şimali Koreyaya gedəcək?

174400

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi arzulayır.

Bizim.Media Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Prezident Vladimir Putinin bu arzusunu Rusiyada səfərdə olarkən KXDR-in xarici işlər naziri Çoy Sonhuya dediyi bildirilib.

“Prezident Putin Sədr Kim Çen İnın onun üçün əlverişli vaxtda Pxenyana dəvətinə görə bir daha dərin minnətdarlığını bildirdi və yaxın gələcəkdə KXDR-ə səfər etməyə hazır olduğunu söylədi”, - deyə KXDR XİN-in açqılamasında qeyd olunur.
Nazirlik ölkənin Koreya xalqının yaxın dostunu böyük səmimiyyətlə qarşılamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısı Vladimir Putinin KXDR-ə səfərinin yaxın gələcəkdə baş tuta biləcəyini, dəqiq vaxtın diplomatik kanallar vasitəsilə razılaşdırılacağını açıqlamışdı. Vladimir Putin sonuncu dəfə 2000-ci ildə Şimali Koreyada rəsmi səfərdə olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO