Onlar Nüsrətin restoranında REKORD MƏBLƏĞDƏ hesab verdilər - FOTO

Onlar Nüsrətin restoranında REKORD MƏBLƏĞDƏ hesab verdilər - FOTO

Hazırda oxunan: Onlar Nüsrətin restoranında REKORD MƏBLƏĞDƏ hesab verdilər - FOTO

174398

Dünya şöhrətli aşpaz Nüsrət Gökçə paylaşımı ilə növbəti dəfə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, Nüsrət Dubaydakı restoranında qonaqlar tərəfindən yüksək məbləğdə ödədikləri qəbzin fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Hesabda qeyd olunduğu kimi, bir masada əyləşən dörd nəfər nə az nə çox düz 108 min 521 dollarlıq (təxminən 184, 486 manat) yemək yeyiblər. 

Nüsrət sözügedən paylaşımına "Pul gəlir, pul gedir" qısa şərhini yazıb.

Qeyd edək ki, qəbzə diqqət edildikdə ümumi hesab AED (dirhəm) valyutası ilə təqdim edilib (398630 AED).

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO