İlk türk astronavt Alper Gezeravcı kosmosa uçmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Kosmik Stansiyaya gedəcək kosmos gəmisinin oturacaqları uçuş mövqeyinə gətirilib və yoxlamalar tamamlanıb.
Planlaşdırılan uçuş vaxtı yanvarın 19-na keçən gecə Bakı vaxtı ilə saat 01:49-a təyin edilib.
Qeyd edək ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
Bizim.Media