Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcək. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Bukinhem Sarayının bəyanatında deyilir.
Bəyanatdan aydın olur ki, Kralın prostat vəzində böyümə aşkarlanıb:
"Hər il minlərlə kişi kimi, Kral da prostatın böyüməsi səbəbindən müalicəyə ehtiyac duyurdu. Əlahəzrətin səhhəti yaxşıdır, böyümə xoşxassəlidir və o, gələn həftə düzəliş proseduru üçün xəstəxanaya gedəcək. Kralın ictimai vəzifələri qısa müddətə təxirə salınacaq".
Qeyd edək ki, III Çarlzın 75 yaşı var. O, 2022-ci ilin sentyabrında anası II Yelizavetanın (1926-2022) ölümündən sonra taxta çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:16 / 18.01.2024
Britaniya kralında şiş aşkarlandı
Hazırda oxunan: Britaniya kralında şiş aşkarlandı
Hazırda oxunan: Britaniya kralında şiş aşkarlandı
174022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.