Müharibə başlayandan bəri ilk dəfə: Ukrayna Leninqrad vilayətinə hücum etdi

Müharibə başlayandan bəri ilk dəfə: Ukrayna Leninqrad vilayətinə hücum etdi

Hazırda oxunan: Müharibə başlayandan bəri ilk dəfə: Ukrayna Leninqrad vilayətinə hücum etdi

173956

Rusiya Müdafiə Nazirliyi yanvarın 18-nə keçən gecə hava hücumundan müdafiə sistemlərinin Moskva vilayəti səmasında Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu və Leninqrad vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın qarşısını aldığını bildirib. Bundan əvvəl, Ukraynada müharibə başlayandan bəri Leninqrad vilayəti üzərində pilotsuz təyyarələrin görünməsi ilə bağlı heç bir məlumat verilməmişdi.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında yer alıb.

Mənbə yazır ki, Ukrayna hərbçiləri iki pilotsuz təyyarənin köməyi ilə “Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirməyə” cəhd ediblər.

Qeyd olunur ki, PUA-lar Moskva vaxtı ilə saat 01:30 radələrində vurulub. Müdafiə Nazirliyinin mesajında ​​başqa təfərrüatlar verilməyib.

“Fontanka” xəbər verir ki, Sankt-Peterburqun Vasilyevski adasındakı evlərin sakinləri partlayış səsləri eşidiblər. Nəşrin məlumatına görə, Pulkovo hava limanının cədvəlində də pozuntular olub: sərnişinlərə “Xalça” (Ковер)  planının elan olunduğu, hava limanı üzərindəki səmanın bağlandığı bildirilib.
“Shot” teleqram kanalı yazır ki, Ukrayna Silahlı Qüvvələri təxminən 3 kq partlayıcı maddə daşıyan pilotsuz təyyarə ilə Sankt-Peterburqda neft terminalına hücum etməyə cəhd edib. Məlumata görə, PUA-nın qalıqları Peterburq Neft Terminalı ASC-nin ərazisində aşkar edilib.

Moskva meri Sergey Sobyanin az öncə hava hücumundan müdafiə sistemlərinin Moskva yaxınlığındakı Podolsk üzərində səmada paytaxta doğru uçan pilotsuz uçan aparatı məhv etdiyini bildirmişdi. Onun sözlərinə görə, PUA-nın hücumuna cəhd nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO