Əvvəl Fransa, indi də Almaniya... – Avropalılar Ermənistanda nə AXTARIR?

Əvvəl Fransa, indi də Almaniya... – Avropalılar Ermənistanda nə AXTARIR?

Hazırda oxunan: Əvvəl Fransa, indi də Almaniya... – Avropalılar Ermənistanda nə AXTARIR?

173950

Maraqlıdır ki, Fransa və ABŞ-ın ardınca Almaniya da Ermənistanda möhkəmlənmək, qoşun yerləşdirmək eşqinə düşüb. Kremlə yaxın mənbələrdən Rusiya KİV-lərinə sızdırılmış məlumata görə, Almaniya Ermənistanın "satın alınması" variantına üstünlük verir. Belə ki, rəsmi Berlin Rusiya sərhəd qoşunlarının Ermənistandan ən qısa zaman ərzində çıxarılmasında maraqlıdır.

Almaniya nə istəyir?

Bəzi iddialara görə, Almaniya da Fransa kimi, Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək üçün səbəb və mexanizmlər axtarışına başlayıb. Belə səbəblərin sırasında isə Almaniya hərbçilərinin Rusiya sərhədçilərinin əvəzinə Ermənistanın sərhəd təhlükəsizliyini öz üzərinə götürməsi ilə bağlı variant da nəzərdən keçirilir. Rəsmi Berlinin Avropanın əsas pul kisəsi olduğunu nəzərə alsaq, bu variantın reallaşdırılmasının əvəzində Paşinyan hakimiyyətinə maliyyə yardımları təklif etdiyi bildirilir.

Mətbuata sızdırılmış məlumata görə, Almaniya maliyyə dəstəyi qarşılığında İrəvanı məhz Qərbin Ermənistan əleyhinə planlarına daxil etməyə cəhd göstərir. Rəsmi Berlin Rusiya-Ermənistan münasibətlərini mümkün qədər korlamağı hədəfləyib. Almaniya Rusiya sərhədçilərinin çıxarılması ilə yanaşı, Ermənistan dövlət aparatının Kremlə simpatiyası olan məmurlardan təmizlənməsini də istəyir. Xüsusilə də, Paşinyan hakimiyyətindən ordunun, kəşfiyyat qurumlarının və hüquq mühafizə orqanlarının Rusiya təsirindən uzaqlaşdırılması tələb olunur.

Görəsən, Almaniya və digər Avropa ölkələri Ermənistanda nə axtarırlar?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, Fransanın ardınca Almaniyanın da Ermənistana can atması İrəvanın yanlış siyasətinin nəticəsidir:

“Bəzi imperalist mərkəzlərin Cənubi Qafqaza müdaxilə cəhdləri həm də Ermənistanın davranışlarının nəticəsidir. Son vaxtlara qədər yalnız Fransanın bu prosesdə aktiv rol oynadığını görürdüksə, indi Aİ-nin başqa ölkəsi, Almaniya da prosesdə iştiraka həvəs göstərir. Bu heç də Ermənistanla qarşılıqlı əməkdaşlıq kontekstində baş verən hadisə deyil.

Bu sadəcə regionda geosiyasi rəqabət mübarizəsinin tərkib hissəsidir ki, İrəvan da müstəqil aktor kimi davrana bilmədiyindən özünü buna alət edib. Ermənistan qonşularla birbaşa müstəqil əlaqələr qura bilmədiyindən kənardan himayə axtarır. Bu zaman unudur ki, Ermənistanı “himayə” edəcək güc mərkəzlərinin hər birinin öz marağı var.

Almaniyanın da Ermənistana can atması ilk növbədə İrəvanın özünün yanlış siyasətilə bağlıdır. Digər tərəfdən, məsələni Rusiya Qərb münasibətləri kontekstində şərh etmək daha doğru olardı. Hansı kontekstdən təhlil etsək görəcəyik ki, Qərbin, o cümlədən Almaniyanın bu cəhdləri uğursuzdur. Regionun ənənəvi aktorları, güc mərkəzləri var. Kənardan gələn maraqlar əsla onların maraqlarından üstün ola bilməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO